Türkiyədə son sutka ərzində koronavirusdan 68 nəfər ( dünən 62) dünyasını dəyişib, 1538 nəfər (dünən 1771 nəfər) isə virusa yoluxub.

Bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 7 445-ə, yoluxanların sayı isə 301 348-ə yüksəlib. Son 24 saat ərzində 1312 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. 

Ümumilikdə sağalan xəstə sayı 266 117-yə çatıb.