Son sutkada Türkiyədə koronavirusa 1 716yeni yoluxma aşkarlanıb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, son gün ərzində ölkədə təhlükəli infeksiyadan 63 nəfər ölüb. Beləliklə, pandemiya ərzində koronavirusdan ölənlərin ümumi sayı 7 119nəfərə yüksəlib.

Son gün ərzində daha 1 225 pasiyent koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların sayı 260 058 nəfərə çatıb.