Türkiyədə partlayış törədən şəxsin qaçma anı təhlükəsizlik kameralarına düşüb

İstanbulda baş verən partlayışla bağlı şübhəli bilinən şəxsin hadisə yerindən qaçma anı  təhlükəsizlik kameralarına düşüb.
Görüntülərdə qadın çantalarını küçədə olan oturacağa qoyaraq, hadisə yerindən uzaqlaşır.
Çanta bir müddət orada sahibsiz qalır. Bir neçə dəqiqədən sonra isə partlayış baş verir. Hadisə təhlükəsizlik kamerasına düşüb.
Qeyd edək ki, dünən saat 16:20 radələrində Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində  partlayış baş verib. Partlayışda 6 nəfər ölüb.