Türkiyədə son sutka ərzində koronavirusdan 57 nəfər dünyasını dəyişib, 1703 nəfər isə virusa yoluxub.

Bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6 730-a, yoluxanların sayı isə 281 509-a yüksəlib. Son 24 saat ərzində 1047 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

 Ümumilikdə sağalan xəstə sayı 252 152-yə çatıb.