Türkiyədə avqustun 21-də Diyarbəkirin Bağlar rayonunda itkin düşən və axtarışların 19-cu günündə cansız cəsədi tapılan Narin Güranın qətli ilə bağlı aparılan istintaqda yeni məqamlar üzə çıxıb

İqtisadiyyat.az NTV-yə istinadən xəbər verir ki, N.B. adlı şəxs prokurorluqda dindirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilərək məhkəməyə göndərilib.

Eyni zamanda Narin Güranın ölümündə şübəhli bilinən 24 nəfərin həbs müddəti də uzadılıb.

N.B. adlı şəxsin avtomobili Narinin yoxa çıxmasından 25 dəqiqə sonra təxminən 50 dəqiqə cəsədinin qaldığı çay yatağına yaxın bir yerdə müşahidə edilib.

O, dindirmə zamanı törətdiyi cinayəti etiraf edib. N.B. adlı şəxs Səlim Güranın Narinin cəsədini gizlətmək üçün ona verdiyini bildirib: “Səlim Güran yorğan-döşəyə bükülmüş bir şey göstərdi və onu məhv etməyimi istədi".