İsveçdə Stokholm yaxınlığındakı ən böyük hava limanı naməlum dronlara görə bir neçə saatlıq fəaliyyətini və uçuşları dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "SVT" agentliyi məlumat yayıb.

Ölkənin Mülki Aviasiya Administrasiyası bildirib ki, Arlanda hava limanının ərazisində 4 naməlum pilotsuz uçuş aparatı aşkarlanıb.

Buna görə də gecə saat 2 radələrində hava limanının bağlanması ilə bağlı qərar qəbul edilib, nəticədə 5 təyyarə ölkənin digər hava limanlarına enməyə məcbur olub.

 

Gözəl Həşimova