Avstraliyanın Cənubi Avstraliya əyaləti 14 yaşından kiçik uşaqlara sosial media qadağası qoymağa hazırlaşır.

İqtisadiyyat.az bu barədə "News.com.au"ya istinadən xəbər verir.

Məlumata görə, Ali Məhkəmənin keçmiş hakimi Robert Frans kiçik yaşlı uşaqların sosial mediadan istifadə etməsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb. Hesabatda 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi də yer alıb.

Ölkənin Baş naziri açıqlamasında bu hesabata daxil edilən qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməli olduğunu bildirib.

Qanun layihəsində kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi və uşaqlar bu platformalarda hesab açdıqları təqdirdə şirkətləri cərimələmək daxildir. Müvafiq olaraq, bu uşaqlar sosial mediadan istifadə etmək üçün valideynlərinin razılığını almalıdırlar.

 

Gözəl Həşimova