Bu gündən etibarən Medianın İnkişafı Agentliyi və AzTV-nin birgə təşkilatçılığı ilə "MEDİALAB" televiziya proqramına start verilib.

İqtisadiyyat.az xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd informasiya yaradılması və ötürülməsi prosesində texnologiyaların geniş tətbiqi nəticəsində xüsusilə mürəkkəbləşən rəqəmsal media mühitində dezinformasiyaya qarşı ictimai müqavimətin gücləndirilməsi və media savadlılığının artırılması, həmçinin peşəkar medianın bu sahədə maarifləndirici funksiyasının və proaktiv rolunun gücləndirilməsidir.

Qeyd edək ki, "MEDİALAB" proqramı hər çərşənbə axşamı saat 19:30-da AzTV-də yayımlanacaq.