“Apple” Avropanın vergi qaydalarını pozduğuna görə İrlandiyaya 13 milyard avro qaytarmalıdır.

İqtisadiyyat.az xəbər verir ki, bu qərarı Lüksemburqdakı Avropa Məhkəməsi qəbul edib.

Qərara əsasən, ölkə şirkətə qeyri-qanuni yardım göstərib və həmin vəsaiti geri almalıdır.

"Məhkəmə İrlandiyanın Apple-ın xeyrinə çıxardığı vergi qərarları ilə bağlı Baş Məhkəmənin qərarını ləğv edir. Məhkəmə bu məsələ ilə bağlı yekun qərar verir və Avropa Komissiyasının 2016-cı ildəki qərarını təsdiqləyir. Belə ki, İrlandiya Apple-a qanunsuz yardım göstərib və bu pulu geri almalıdır", - qərarda deyilir.

 

Gözəl Həşimova