Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə çıxış edən klubların dəyərləri açıqlanıb.

İqtisadiyyat.az “Transfermarkt”a istinadən xəbər verir ki, "Qarabağ"  futbolçularının ümumi transfer qiymətinə əsasən birinci pillədə qərarlaşıb.

Avropa Liqasındakı yeganə təmsilçimizin hazırkı dəyəri 20,78 milyon avrodur. Yerli çempionatda 5 oyuna bir qələbə belə qazana bilməyən "Neftçi" 13,23 milyon avroluq dəyərlə ikinci pillədə yer alıb. İlk “üçlüy”ü isə 11,93 milyon avro ilə “Sabah” qapayır.

1. “Qarabağ” – 20,78 milyon

2. “Neftçi” – 13,23 milyon avro

3. “Sabah” – 11,93 milyon

4. “Zirə” – 11,20 milyon

5. “Sumqayıt” – 9,20 milyon 

6. “Turan Tovuz” – 5,63 milyon

7. “Araz-Naxçıvan” – 5,13 milyon

8. “Səbail” – 4,30 milyon

9. “Kəpəz” – 3,40 milyon

10. “Qəbələ” – 1,25 milyon