Dünən Türkiyədə baş verən zəlzələdən zərər görənlərə yardım məqsədi ilə "Türkiyə Tək Ürək" kampaniyası çərçivəsində  115 milyar 146 milyon 538 min lirə məbləğ toplanıb. 

İqtisadiyyat.az türk mediasına istinadən kampaniyaya qoşulan bəzi şirkət və şəxsləri təqdim edir:

- SOCAR 3,5 milyard lirə

- Qarabağ FK 2 milyon 500 min lirə

- LC Waikiki şirkəti 200 milyon lirə

- Trendyol 100 milyon lirə

- Türksat 60 milyon lirə

- TürkTelecom 2 milyard lirə

- Türkcell 3,5 milyard lirə 

- Türk Hava Yolları 2 milyard lirə

- Filli Boya 10 milyon 250 min lirə

- Baykar 2 milyard lirə

- Skechers 5 milyon lirə

- FLO 5 milyon lirə

- Koton 5 milyon lirə

- Mübariz Mənsimov 2 milyon lirə

- Acun İlicalı 5 milyon lirə

- Kipr Türk Respublikası prezidenti Ersin Tatar 3 aylıq maaşını

- Tansu Çillər 1 milyon lirə

- Nihat Hatipoğlu 200 min lirə

- Kamal Kılıçdaroğlu bir aylıq maaşını.

- Meral Akşener və həyat yoldaşı bir aylıq maaşlarını.

- Əmrə Belözoğlu, 2022-2023 mövsümündəki bütün maaşını.