"Toyota Motor" şirkəti Rusiyadan 3864 avtomobilini geri çağırır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rosstandart" məlumat yayıb.
Məlumata görə, söhbət 30 sentyabr 2021-ci ildən indiki vaxta qədər satılan avtomobillərdən gedir.
Geri çağırma "Toyota LC 300", "LX 500D", "LX 600" avtomobillərinə şamil edilir.
Buna səbəb isə avtomobillərin əyləcində yaranan problemlərdir.
Gözəl Həşimova