50 minə yaxın Livan sakini ölkəni tərk edərək Suriyaya qaçıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi X hesabında məlumat verib.

“Livanda yaşayan 50 mindən çox livanlı və suriyalı Suriyaya köçüb. 200 mindən çox insan Livan daxilində köçkün vəziyyətinə düşüb”, - məlumatda bildirilib.

BMT nümayəndəsi qeyd edib ki, Livan sakinləri İsrail ordusunun hava hücumlarından xilas olmaq üçün ölkədən qaçıblar.