Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz Group" Çində zəif tələbat səbəbindən cari il üçün proqnozunu endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizdə deyilir.

Məlumata görə, şirkət minik avtomobili seqment marjasının bu il 7,5% ilə 8,5% arasında olmasını gözləyir. Şirkətin əvvəlki proqnozu 10%-dən 11%-ə qədərdir.

Reytinqin aşağı salınmasına səbəb makroiqtisadi vəziyyətin daha da pisləşməsi və əsasən Çində tələbin zəifləməsi olub.

 

Gözəl Həşimova