Norveçdə elektriklə işləyən avtomobillərin sayı ilk dəfə olaraq benzinlə işləyən avtomobilləri ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveç Yol Federasiyası məlumat açıqlayıb.

Bildirilib ki, 16 sentyabr tarixinə ölkədə qeydiyyatda olan 2,8 milyon avtomobildən 754 min 303-ü elektriklə, 753 min 905-i isə benzinlə işləyəndir.

Açıqlamada ölkədə dizellə işləyən avtomobillərin sayının azalmağa davam etdiyi bildirilib.

 

Gözəl Həşimova