Bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, yaralıya qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib: "Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

***

15:47

Biləsuvarda ağır yol qəzası olub.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, Bəhrəmtəpə-Biləsuvar yolunda "Lada-012"markalı minik avtomobil "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabadad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Faktla bağlı araşdırma aparılır.

***

15:24

Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol qəzası baş verib.

İqtisadiyyat.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.