Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı artıb.

İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Xatırladaq ki, sentyabrın 27-də axşam saatlarında Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Respublikanın başçısı Sergey Melikov partlayış nəticəsində həlak olanların xatirəsinə bir günlük matəm elan edildiyi açıqlayıb.