“İsrailin Qəzza və Ramallahda törətdiyi qorxunc siyasətini Livana və regionun digər ölkələrinə yaymaq cəhdlərinə indi son qoyulmalıdır".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, qlobal sülhü, sabitliyi və təhlükəsizliyi təmin etmək vəzifəsi olan bütün strukturları və insan haqları təşkilatlarını, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını təcili hərəkətə keçməyə çağırırıq.

“Hesab edirik ki, İslam dünyası bu hücumlara qarşı daha qətiyyətli mövqe tutmalıdır. Türkiyə olaraq bu çətin günlərdə Livan xalqının və hökumətinin yanında olmağa davam edəcəyik. Bir daha İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyir, hücumlarda həyatını itirən bütün Livanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm”, - o qeyd edib.