BMT Baş katibi Antonio Quterreş son 24 saat ərzində Beyrutda hadisələrin kəskinləşməsindən ciddi narahatdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“Livan, İsrail və bütün region xalqı genişmiqyaslı müharibəyə tab gətirə bilməz. Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır", - Dujarrik bildirib.