Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında dünyasını dəyişib.

Bildirilir ki, K.Həsənov İstanbulda ürək əməliyyatı keçiribmiş.

Qeyd edək ki, K.Həsənov 1961-ci ildə Saatlı rayonunda anadan olub. O, uzun illər "Azərsu" ASC-nin sədr müavini işləyib, daha sonra sədr vəzifəsini müvəqqəti icra edib. Bu il isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.