Türkiyənin “Togg” avtomobili gələn ildən Avropa bazarına çıxarılacaq.

İqtisadiyyat.az “Milliyet”ə istinadən xəbər verir ki, elektromobilin 2024-cü ildən dünyanın müxtəlif ölkələrində, zamanla da Avropanın bütün dövlətlərində satışı planlanlaşdırılır.

Bildirilib ki, “Togg”un satışı avtomobilin istehsal həcminin artırılması ilə paralel şəkildə davam edəcək.