2019-cu il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11647, o cümlədən dövlət müəssisələrində 4980, qeyri-dövlət müəssisələrində 6667 tikinti maşını olmuşdur. 

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci il ərzində 1104 maşın tam amortizasiya olunmuş, onlardan 253-ü istismara yararsız olduğuna görə silinmişdir.         

ƏN ÇOX ÖZÜBOŞALDAN ALINIB

2018-ci ildə tikinti müəssisələri tərəfindən 167 ədəd müxtəlif növ tikinti maşını alınmışdır ki, onların 68-ni yükünü özüboşaldan avtomobillər, 17-ni yolbasan maşınlar, 17-ni stasionar və avtobetonnasoslar, 13-nü pnevmotəkərli kranlar, 13-nü pnevmatik əl maşınları, 11-ni karxanalar üçün mobil və stasionar qırma-ələmə avadanlıqları, 28-ni  isə digər növ tikinti maşınları təşkil etmişdir.

MAŞINLARIN YARIDAN ÇOXU BAKIDADIR

Tikinti maşınlarının 9,7 faizi Naxçıvan Muxtar Respublikasında, 65,3 faizi Bakı şəhərində,  8,1 faizi Aran, 4,2 faizi Gəncə-Qazax, 3,8 faizi Abşeron, 8,9 faizi isə digər iqtisadi rayonlarda cəmlənmişdir.