Şuşa yolunda betonqarışdıran avtomobil idarəetmədən çıxaraq aşıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində baş verib.

Nəticədə Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.