Suriyanın xarici işlər naziri Faysal Mekdad Səudiyyə Ərəbistanına səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, Faysal Mekdad Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhanın dəvəti ilə bu gün Ciddəyə gedib.

Bu səfər Suriyada müharibənin başladığı 2011-ci ildən bəri Suriya xarici işlər nazirinin Səudiyyə Ərəbistanına ilk səfəridir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı aprelin 14-də Suriyanın Ərəb Liqasına qaytarılmasını müzakirə etmək üçün regional xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək.