Sudanda silahlı münaqişənin tərəfləri - Sudan ordusu və çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) bir həftəlik humanitar atəşkəslə bağlı razılığa gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, ordu və xüsusi təyinatlılar Səudiyyə Ərəbistanının Ciddə şəhərində humanitar atəşkəs haqqında saziş imzalayıblar. Saziş imzalandıqdan 48 saat sonra qüvvəyə minəcək.