İyulda keçiriləcək Vilnüs sammitində NATO liderləri Ukraynanın Qərb xətti ilə tamamilə yenidən silahlanması üçün ona çoxillik hərbi yardım proqramını qəbul edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Lissabonda keçirdiyi mətbuat konfransında bildirib.