Bir neçə gündür yerli sakinlərlə polis arasında qarşıdurmanın baş verdiyi Gədəbəyin Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb.

İqtisadiyyat.az bu barədə ərazidə çəkiliş aparmış reportyor Elsevər Muradzadəyə istinadən xəbər verir. O, öz feysbuk hesabında paylaşım edərək məlumat verib. Onun sözlərinə görə, kəndə yalnız kənd qeydiyyatında olan şəxslər buraxılır.

Qeyd edək ki, bir neçə gündür sözügedən kənddə süni göl yaradılmasına etiraz edən yerli sakinlərlə onların müdaxiləsini qanunsuz hesab edən polis qüvvələri arasında gərginlik müşahidə olunur. Dünən rayonun İcra başçısı Orxan Mürsəlov tərəfindən qəbul edilən sakinlərin şikayətləri dinlənilib. Hadisələrin inkişafını izləyirik.