Bu ilin I yarısında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,5 milyard manat təşkil edib.

İqtisadiyyat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.

6 aylıq daxilolmaların 1,6 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 16 % çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 88,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 % artaraq 65 milyon manata çatıb.

6 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 17,2 % artaraq 452,2 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21 % artaraq 314,6 milyon manat olub.