Fanatik yəhudi məskunlaşmaçılar işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərində fələstinlilərə məxsus çoxlu sayda avtomobil, mağaza və əmlaka ziyan vurublar.

İqtisadiyyat.az xəbər verir ki, 18-19 may tarixlərində Şərqi Qüdsün işğalını qeyd etmək üçün fanatik yəhudi köçkünlərin təşkil etdiyi təxribatçı “bayraq yürüşü” işğal altındakı Şərqi Qüdsdə gərginliyi artırıb.

Fanatik qrupların təxribatçı hərəkətləri “bayraq yürüşünün” ikinci günündə, xüsusilə Şərqi Qüdsdə Məscidül-Əqsanın yerləşdiyi İçərişəhərdə cümə namazı saatlarında davam edib.

Dəməşq qapısında fələstinlilərin fanatik yəhudi mühacirlərinin təxribatına cavab verməsindən sonra başlayan qarşıdurmada İsrail qüvvələri bölgədəki fələstinliləri qovmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.