“Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan” Festivalına qatılan iştirakçıların layihələri ilə tanış olub.

S.Bayraktar festival iştirakçılarının layihə ilə bağlı fikirlərini, investisiya məsələlərini və bu sahədə çətinliklərin olub-olmadığı ilə maraqlanıb.

S.Bayraktar azərbaycanlı Əli Tahirlinin “Satelyzer” şirkətinin layihəsi ilə tanış olub. Şirkət əməkdaşı Əli Tahirli layihə barədə məlumat verərkən, onun kosmosdan görüntülərin çəkilməsinə yardım etdiyini bildirib:

“Bu görüntülər peyk fotoları formatında olur və əvvəlcədən kənd təsərrüfatı sahəsində qabaqlayıcı proqnozlar verilməsinə kömək edir”.

S.Bayraktar 200-ə yaxın müştərisi olan şirkətə layihəsində uğurlar diləyib.

Daha sonra üç helikopter Azərbaycan, Türkiyə və “TEKNOFEST” bayraqlarını səmada nümayiş etdirərək uçuşlar həyata keçirib.oxu.az