Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan sonra Rusiya vətəndaşları Gürcüstanın Milli İctimai Reyestr Agentliyində (NAPR) müxtəlif tipli 21 326 müəssisəni qeydiyyata alıblar. 

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu məlumatlar “Transparency International Georgia”nın rəsmi sənədlərə əsaslanan araşdırmasında təqdim olunub.

TIG qeyd edir ki, fevralın 24-dən ruslar Gürcüstanda 27 ildəkindən üç dəfə çox biznes məkanları açıblar. 1995-ci ilin yanvarından 2022-ci ilin fevralına qədər cəmi 7788 müəssisə qeydiyyatdan keçib. Belə ki, TİG-nin qənaətinə görə, xüsusi əməliyyat başlayandan sonra Rusiya Federasiyası vətəndaşları hər ay Gürcüstanda orta hesabla 1,3 min müəssisə qeydiyyatdan keçiriblər.

Qeyd edək ki, 2022-ci ilin fevralından 100 mindən 130 minədək rus daimi yaşamaq üçün Gürcüstana köçüb. Onların bir çoxu Qafqaz ölkəsində bizneslə məşğul olub.