“Rusların prezident Vladimir Putinə etimad səviyyəsi 80,9 faiz təşkil edib”.

İqtisadiyyat.az xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatına görə, ötən həftə təqdim olunan nəticələr 1,1 faiz bəndi artım göstərib.

Dövlət başçısının fəaliyyətinin bəyənilməsi ilə bağlı suala respondentlərin 77,1 faizi (-0,1 faiz bəndi) müsbət cavab verib.

Sorğuda yaşı 18 və yuxarı olan 1600 vətəndaş iştirak edib. Aprelin sonuna olan məlumata görə, Vladimir Putinə etimad səviyyəsi 80,1 faiz təşkil edib .