Rusiyanın ötən il xarici borcu yalnız Hindistana artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında deyilir.

Məlumata görə, keçən il Rusiyanın yalnız üç suveren kreditoru var idi - Hindistan, Fransa və Cənubi Koreya. Ən böyük borc artımı Hindistana olub. Belə ki, il ərzində bu borc 777 milyon dollara çatıb. Rusiyanın digər ölkələrə borcu isə azalıb.

Qeyd edək ki, Hindistan ilk dəfə Rusiyaya 2020-ci ilin sonunda 190 milyon dollar kredit verib. 2021-ci ildə borcun həcmi 3,2 dəfə artıb.

 

Gözəl Həşimova