Şəffaflaşma məqsədilə Naxçıvan Muxtar Respublikasında 2023-cü il və 2024-cü ilin hesabat dövründə yumşaq keçid tətbiq edilib və vergi nəzarəti tədbirləri minimuma endirilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Onun sözlərinə görə, 2022-ci illə müqayisədə 2023-cü ildə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb: "Bu dövr ərzində vergi orqanının təşəbbüsü ilə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirilməyib. Yumşaq keçid 2024-cü ilin cari dövründə də davam etdirilib. Cari ilin aprel-iyun ayları ərzində keçirilmiş nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 0,8 faizini təşkil edib".