Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işçiləri sığortalanacaq.
İqtisadiyyat.az xəbər verir ki, agentlik işçilərinin könüllü tibbi və fərdi qəza sığortası xidmətlərini "Qala Sığorta"ya həvalə edib.
2 900 nəfər işçinin bir illik könüllü tibbi və fərdi qəza sığortası 1 595 000 manata başa gələcək.
ANAMA ilə sığorta şirkəti arasında qeyd olunan məbləğ dəyərində müqavilə bağlanıb.