Azərbaycanın 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən 6 ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 252,19 milyon manat proqnoza qarşı 3 milyard 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Bu barədə İqtisadiyyat.az DGK-nə istinadən xəbər verib.

Bununla da büdcə öhdəliyi 100 % icra olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsumu və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8 % təşkil edib.