ABŞ regionla əlaqələri inkişaf etdirmək niyyətini bəyan etməsinə baxmayaraq, 2025-ci ildə Mərkəzi Asiya ölkələrinə yardımın maliyyələşdirilməsini azaltmağı planlaşdırır.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Dövlət Departamentinə daxil olan Beynəlxalq İnkişaf Agentliyinin (AİD) rəhbərinin köməkçisinin müavini Ancali Kaur etiraf edib.

“Mərkəzi Asiya üçün ABŞ administrasiyasının 2025-ci maliyyə ili üçün büdcə tələbi 18,9 milyon dollardır, yəni 2023-cü maliyyə ilində ayrılandan 10% azdır”, - o bildirib.

Eyni zamanda, Kaur qeyd edir ki, Əfqanıstan və Pakistan istisna olmaqla, Cənubi Asiya üçün ABŞ-nin icra hakimiyyəti 2025-ci maliyyə ilində 480,2 milyon dollar tələb edir.

Dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu isə bildirib ki, Birləşmiş Ştatların Asiyada bir nömrəli prioriteti Hind və Sakit okean regionlarında tərəfdaşlıq qurmaqdır: “Bizim iki nömrəli prioritetimiz prezident Co Bayden və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında keçən il Nyu-Yorkda sammitdə qarşılıqlı fəaliyyətə əsaslanmaqdır”.