"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Ukraynanın xarici valyutada uzunmüddətli defolt reytinqini “CC”dən “C”yə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Məlumata görə, agentlik istiqraz sahibləri ilə restrukturizasiya sövdələşməsi başa çatana qədər ölkənin xarici kommersiya borcuna xidmət etməyəcəyini gözləyir.

“Fitch” qeyd edib ki, Ukrayna parlamentinin iyulun 18-də təsdiq etdiyi qanun hökumətə dövlət zəmanəti altında olan xarici kommersiya borcları üzrə ödənişləri müvəqqəti dayandırmağa imkan verir.

 

Gözəl Həşimova