Vergi sahəsində həyata keçirilmiş şəffaflaşma iqtisadi aktivliyə də öz təsirini göstərib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

O bildirib ki, 1 iyul 2024-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 24,7 faiz, aktiv VÖEN sayı 48,3 faiz, qeydiyyatda olan obyektlərin sayı 29,9 faiz, ƏDV ödəyicilərinin sayı 66,2 faiz, qeydiyyatda olan Online NKA sayı 65,2 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 3,6 dəfə, aktiv bank hesablarının sayı 30,5 faiz, qeyri-dövlət sektoru üzrə aktiv əmək müqavilələrinin sayı 3,8 dəfə artıb:

"2023-cü ilin dekabr ayında qeydiyyatda olan nəzarət kassa aparatları üzrə dövriyyə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 6,1 dəfə, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə 58 faiz, nağdsız əməliyyatlar üzrə dövriyyə isə 2,4 dəfə artıb. Bu tendensiya 2024-cü ilin 6 ayında da davam edib, 2024-cü ilin iyun ayında nəzarət kassa aparatları üzrə dövriyyə 2024-cü ilin yanvar ayı ilə müqayisədə 22,3 faiz, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə 2,5 milyon manat və ya 36,1 faiz artıb. Həmçinin, 2024-cü ilin 6 ayında nəzarət kassa aparatları üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə 14,8 milyon manat və ya 41,1 faiz, nağdsız əməliyyatlar üzrə dövriyyə isə 207,3 milyon manat və ya 85,2 faiz artıb".