ABŞ administrasiyası Pakistanda demokratiyanın gücləndirilməsi, terrorizmlə mübarizə və ölkə iqtisadiyyatının sabitləşdirilməsi üçün 101 milyon dollar vəsait istəyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu bildirib.

O qeyd edib ki, ABŞ Pakistanın Çindən daha ​​çox asılı olmasının qarşısını almağa çalışır:

“Pakistan davamlı təhlükəsizlik və iqtisadi problemlərlə üz-üzədir, bunun üçün tələb olunan maliyyə vəsaiti ölkədə iqtisadi islahatlara və borcların idarə edilməsinə dəstək verməklə demokratiyanın gücləndirilməsinə, terrorizmlə mübarizəyə və iqtisadiyyatın sabitləşməsinə kömək edəcək”.

 

Gözəl Həşimova