“MJ Financial Services” Bank Olmayan Kredit Təşkilatının (BOKT) rəhbərliyində yeni təyinatlar olub.

İqtisadiyyat.az xəbər verir ki, iyulun 1-də şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncaqda verilən qərara əsasən, “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri vəzifəsinə Rüstəmov Mədəd Nadir oğlu, üzv vəzifəsinə isə Aydınov Camal İsax oğlu və Məlikov Yavər Yaşar oğlu təyin olunub.