Paris Olimpiadasında yarışların nəticələrinə əsasən birinci və ikinci yerləri tutan idmançılara veriləcək medalların qiyməti Tokio Oyunları ilə müqayisədə artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Danimarkanın "Saxo Bank"ı hesablamalar aparıb.

Məlumata görə, ən nəzərəçarpacaq dəyər artımı qızıl medallarda müşahidə olunub. Belə ki, qızıl medalın dəyəri 1000 dollara çatır, bürünc medallar isə dəyərsizləşib.

Bildirilib ki, Tokio Oyunlarında 763 dollara olan qızıl medalın qiyməti 935 dollara qədər artıb.

Gümüş medalların qiyməti isə 415 dollardan 473 dollara qədər artıb. Yalnız bürünc medallar dəyər itirib. Belə ki, bürünc medalın dəyəri 4,1 dollardan 3,9 dollara qədər azalıb.

 

Gözəl Həşimova