Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, hadisə Voloqda vilayətində meydana gəlib. Bu barədə Rusiya FHN-dən bildirilib.

Qeyd olunub ki, qəza zamanı pilot ölüb.

Hazırda hadisə yerində müvafiq qurumlar lazımi tədbirlər həyata keçirir.