Ötən il Rusiya Federasiyasının ən varlı iş adamlarının sərvəti 50 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Indexi"nin (BBI) reytinqində deyilir.

Məlumata görə, ümumilikdə reytinqə dünyanın 500 ən varlı adamı daxildir, onlardan 25-i Rusiya vətəndaşıdır. Hesabat dövründə Rusiyadan olan iş adamlarının ümumi sərvəti 328,53 milyard dollar təşkil edib.

2023-cü ildə “Lukoyl” neft şirkətinin təsisçisi Vahid Ələkbərov daha çox varlanıb. Belə ki, onun sərvəti 9,29 milyard dollar artaraq 24,7 milyard dollara yüksəlib.

"Eurochem" və "SUEK"in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 5,67 milyard dollar artaraq 17,2 milyard dollara çatıb. "NLMK" direktorlar şurasının sədri Vladimir Lisin isə il ərzində 4,08 milyard dollar qazanaraq sərvətini 23,9 milyard dollar yüksəldib.

 

Gözəl Həşimova