Rusiyada son sutka ərzində daha 5762 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1085281 nəfərə çatıb. Son sutka ərzində 144 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 061 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.