Rusiya iqtisadiyyatı bu ilin sonuna qədər 2,5% və ya daha çox arta bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CGTN" telekanalına müsahibəsində ölkənin maliyyə naziri Anton Siluanov bildirib.

Onun sözlərinə görə, bu il Rusiyada inflyasiya 6% səviyyəsində qalacaq. Nazir bildirib ki, əhalinin həssas təbəqələrinin dəstəklənməsi və iqtisadi artımın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əhalinin real gəlirləri artır.

Əlavə edək ki, ötən il ölkə iqtisadiyyatı 2,1% kiçilib.

 

Gözəl Həşimova