Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 25 milyard 079,6 milyon kubmetr təbii qaz hasil edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 19 milyard 141,1 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3,4 %, əmtəəlik qaz hasilatı isə 5,3 % artıb.

Ötən 6 ay ərzində Azərbaycanda 14 milyon 450,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 14 milyon 419,6 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 4,9 % azdır.