Baydenin qardaşları və bacısı "qara siyahı"ya salındı.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya 200 ABŞ vətəndaşını "qara siyahı"ya salıb.

Siyahıda ABŞ prezidenti Co Baydenin iki qardaşı, Ceyms və Frensiz Baydenlər, bacısı Valeri Bayden Ouens yer alıb.