Gürcüstanda koronavirusla əlaqədar müəyyən edilmiş karantin müddəti 14 gündən 8 günədək azaldılıb.

Bu barədə qərar Gürcüstanın Səhiyyə Nazirliyi tərəfindən qəbul edilib. Gürcüstan Dövlət Qurumlararası Koordinasiya Şurası qərarı dəstəkləyib.

Qərara əsasən, karantin və ya özünütəcrid rejimində olan şəxsin 8 gündən sonra verəcəyi test neqativ çıxarsa, o, karantin zonasını 9-cu gündə tərk edəcək və 12-ci gündə təkrar test verməli olacaq.

Qeyd edək ki, Gürcüstanda karantin müddəti 14 gün olub və hökumətin qərarı ilə avqustun 13-də 12 günədək azaldılıb.