Polşanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəliyi Qərbin Ukraynaya 28 təyyarə və 575 tank təhvil verdiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə cümə axşamı Polşanın Aİ yanında Daimi Nümayəndəliyi "Twitter" səhifəsində məlumat yayıb.

Bildirilib ki, 14 təyyarə və 325 tank Polşa tərəfindən verilib.

"İndiyədək Ukraynaya verilən 575 tankdan 325-i Polşadan olub. Fransa 85 tankla ikinci, Almaniya 80 tankla üçüncü, ABŞ 76 tankla dördüncü yerdədir. Bundan başqa, 28 təyyarə təhvil verilib. Polşa bu günə qədər Kiyevə 14 MiQ-29 təhvil verib”, - deyə daimi nümayəndəlikdən bildiriblər.